Qazaxıstan Müdafiə Nazirliyi Tatarıstanda obyektlərə hücum edən dronların guya Qazaxıstandan buraxıldığı barədə iddialara münasibət bildirib.
APA Tengrinews.kz-a istinadən xəbər verir ki, Qazaxıstan MN yayılan iddiaları təkzib edib.
Qeyd edək ki, daha əvvəl dronların Qazaxıstandan buraxıldığına dair iddialar yayılıb.
Xatırladaq ki, Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
Hücumu nəticəsində 10-dan çox şəxs yaralanıb.
Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb. Müəssisəyə ciddi ziyan dəyib.
Mənbə: apa.az