İstanbuldakı yanğın belə başlayıbmış - VİDEO

İstanbuldakı yanğın belə başlayıbmış -

Ötən gün Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən əyləncə mərkəzində baş verən yanğının yeni görüntüləri ortaya çıxıb.

Həmin görüntüləri ölkənin daxili işlər naziri Ali Yerlikaya paylaşıb.

Nazir hadisə ilə bağlı iki müfəttiş tərəfindən aparılan inzibati araşdırmanın bir çox istiqamətlərdə davam etdiyini açıqlayıb.

Yerlikaya paylaşdığı görüntülərlə bağlı bunları qeyd edib: “Yanğının ilk görüntüləri bir daha ürəyimizi parçaladı. Allah həyatını itirənlərə rəhmət eləsin, ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfalar diləyirəm”.

Qeyd edək ki, yanğın zamanı 29 nəfər həlak olub. Hadisə ilə bağlı 8 nəfər saxlanılıb.

Mənbə: qafqazinfo.az