Türkiyənin Qırıqqala rayonunda AK Partiya Balışeyh qəsəbə başçısı Adem Irmak, seçkilərdə səsvermə səbəbiylə yaranan davada muxtar namizədi Ş.İ tərəfindən tüfənglə vurulub.
Qəsəbə mərkəzindəki bir kafedə Adem Irmak 31 mart seçkilərində muxtar namizədi olan qohumu Ş.İ. ilə görüşüb.
İki nəfər arasında səsvermə mübahisəsi yaranıb. Ş.İ.-nin tüfənglə atəş açması nəticəsində İrmak ayağından xəsarət alıb. Əraziyə təcili yardım və polis qrupları cəlb edilib.
Şübhəli şəxs nəzarətə götürülüb, Irmak isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Roza Şəfiyeva
Mənbə: publika.az