Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu

Yaponiyada 5,9 bal gücündə zəlzələ oldu

Yaponiya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Nisinoomote şəhərindən 157 km cənub-şərqdə olub.

Zəlzələ ocağı yerin 8 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 

 

Mənbə: publika.az