Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan nəqliyyat vasitəsi Lənkəran rayonunun Boladı kənd sakini, 1967-ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.
Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az