Altı il əvvəl itkin düşən və öldüyü güman edilən milyarder görün harada TAPILDI

Altı il əvvəl itkin düşən və öldüyü güman edilən milyarder görün harada TAPILDI

“Tengelmann Group” pərakəndə satış şəbəkəsinin direktoru və ortaq sahibi Karl-Erivan Haub 2018-ci ildə Matterhorn dağında xizək sürərkən qəfildən yoxa çıxıb. Onu bir həftə helikopterlərlə axtarsalar ​​da, nə özü, nə cəsədi tapılıb.

Üç il sonra Köln məhkəməsi Haub üçün rəsmi olaraq ölüm şəhadətnaməsi verib.

Bununla belə, aparılan araşdırma, Haubun hazırda Moskvada Veronika Yermilovanın yanında olduğunu aşkarlayıb. Haub sağ-salamatdır və sevgilisi ilə gözəl ömür yaşayırmış.//Oxu.az

Mənbə: musavat.com