"Xocalı aeroportuna Əlifin adı verilsə..." - Milli Qəhrəmanın bacısı

"Xocalı aeroportuna Əlifin adı verilsə..." - Milli Qəhrəmanın bacısı

“Mən bu xəbəri eşidəndə kövrəldim, ağladım. Həm də sevindim ki, qardaşım Əlif uğrunda döyüşdüyü, qanı bahasına müdafiə etdiyi Xocalı aeroportu azad oldu”.

Bunu açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə xanım deyib. O, Xocalı aeroportuna şəhid qardaşının adının verilməsini arzuladığını bildirib:

“Ümidvaram ki, Xocalı aeroportuna Əlifin adın verərlər. Məsləhət dövlətimizin və onun başçısınındır. Biz hamımız Prezidentimizin qarşısında baş əyirik. Allah ona uzun ömür, can sağlığı versin. Əlifin adı Xocalı aeroportuna verilsə, ruhu şad olar, hamımız sevinərik”.

Qeyd edək ki, dünən rus sülhmərmalı kontingentinin Qarabağda tərk etdiyi ərazilər sırasında Xocalı aeroportu da var.

Vasif Əlihüseyn

Mənbə: www.bakupost.az