Rusiyada daşqınlar: Çayda suyun səviyyəsi 10 metrə çatdı

Rusiyada daşqınlar: Çayda suyun səviyyəsi 10 metrə çatdı

Rusiyanın Kurqan şəhərindən keçən Tobol çayının suyun səviyyəsi 10 metrə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Voronovka mikrorayonunda suyun səviyyəsinin kəskin qalxması nəticəsində bənd hissədə sızmalar müəyyən edilib və hazırda FHN əməkdaşları ərazidə sahilbərkitmə işləri aparır:

"Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin 100-dən çox əməkdaşı sahil mühafizəsi işlərini - bənd hissəsinin möhkəmləndirilməsi, əhalinin məlumatlandırılması, vətəndaşların və onların ev heyvanlarının təxliyyəsi işlərini həyata keçirir".

Mənbə: axar.az