Bakıda partlayış: Ölən var

Bakıda partlayış: Ölən var

Bakıda evdə partlayış olub.

Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Burada evlərdən birində qaz sızması nəticəsində partlayış olub. Daha sonra evdə yanğın başlayıb.

Nəticədə ev sahibi 60 yaşlı Əliyev İlqar Ağamusa oğlu yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: yenisabah.az