Bakıda hoteldə yanğın olub - YENİLƏNİB

Bakıda hoteldə yanğın olub -

Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın baş verib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənbə: qafqazinfo.az