Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinin sakinləri yenidən dövlətlərarası avtomobil yolunu (Kirants-Voskepar) bağlayıblar.
Bununla bağlı görüntüləri "Sputnik" yayıb.
Ermənilər 4 kəndin Azərbaycana verilməsinə etiraz edirlər. Onlar bazar ertəsi baş nazirin müavini ilə görüşmək tələbini də irəli sürüblər.
Qeyd edək ki, Ermənistanın Tavuş vilayətinin bir neçə sərhəd kəndinin sakinləri dünən İrəvan-Tbilisi magistral yolunu (İcevan və Noyemberyan arasındakı hissədə) bağlamışdılar.
Mənbə: publika.az