“Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan qaldırılıb”.
Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan qaldırılıb.
Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib, tıxanma nəticəsində çirkab suları küçəyə axıb.
Mənbə: oxu.az