Türkiyəli sosial media fenomeni Yağmur Taktaş ABŞ-dəki evində ölü tapılıb.
Bununla bağlı “Milliyyet” qəzeti yazı dərc edib.
Onun sevgilisi tərəfindən öldürüldüyü iddialar var.
Bildirilib ki, dəqiq ölüm səbəbini müəyyən etmək üçün fenomenin nəşi Türkiyəyə gətirilib.
Qeyd edək ki, Yağmur Taktaş Türkiyədə yayımlanan “İşte Benim Stilim” verlişində məşhurlaşıb.
Mənbə: qafqazinfo.az