Ermənistan-İran dövlətlərarası avtomobil yolunun (M2) 234-cü kilometrliyi, Ltsen-Tatev hissəsi sel axını nəticəsində bağlanıb.
Bu barədə Ermənistan Yol İdarəsinin məlumatında deyilir.
Qeyd olunur ki, hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Avtomobillərin hərəkəti Tatev-Şinuayr-Qoris-Sisian yolu ilə həyata keçirilir.
Mənbə: axar.az