Ödənişli yolda daha bir qəza, yaralılar var - VİDEO

Ödənişli yolda daha bir qəza, yaralılar var -

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az