4 gün əvvəl itkin düşən qadının meyiti çayda tapıldı

4 gün əvvəl itkin düşən qadının meyiti çayda tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Mənbə: qafqazinfo.az