“Crocus”da terror: Daha bir Tacikistan vətəndaşı saxlanıldı

“Crocus”da terror: Daha bir Tacikistan vətəndaşı saxlanıldı

“Crocus City Hall”da törədilən terror aktının mümkün iştirakçılardan daha biri həbs olunub.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində tutulan şəxs Cumoxon Kurbonovdur. Bununla da istintaqa cəlb olunanların sayı 11 nəfərə çatıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda onun həmin hadisədə iştirakı araşdırılır.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.

Mənbə: yenisabah.az