Əli Kərimlinin mühafizəçisi həbs edildi

Əli Kərimlinin mühafizəçisi həbs edildi

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib. "Olaylar" xəbər verir ki, bu barədə AXCP üzvləri məlumat yayıblar. Partiyadan bildirildiyinə görə, cəbhəçi xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb. AXCP-dən ittihamı qurama sayırlar. R.Əmirlinin AXCP sədri Əli Kərimlini ictimai əsaslarla mühafizə etdiyi bildirlir.

Mənbə: olaylar.az