Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...

Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...

İngiltərədə 27 yaşlı Emma Klark adlı gənc qız bir adamın yumruqlu təcavüzünə məruz qalıb. Dəfələrlə yumruq zərbəsi alan və burnu qırılan qızın model olmağa hazırlaşdığı bildirilib.

Moderator.az xəbər verir ki, reklam müsabiqəsinin böyük finalında yarışan Emma Klark anası və xalası ilə keçirdiyi gündən sonra evinə qayıtmaq üçün qatara minib.

Qatardan endikdən sonra bir adam yanına gələrək Klarkdan o ərazilərdə yerləşən bir küçə adı soruşub. Gənc qız daha əvvəl heç bu küçədə olmadığını söylədikdən sonra qəzəblənən adam Klarka hücum edib və dəfələrlə sifətini yumruqlayıb. Klarkın anası qızını xilas etməyə çalışarkən xalası də dərhal polisə xəbər verib.

Baş verənlərdən sonra burnu qırılan Klark hadisə ilə bağlı mediaya verdiyi açıqlamada "Gözəl bir gün çox pis bir şəkildə bitdi. Baş verənlərdən sonra nəfəs almaqda çətinlik çəkməyə başladım. İnsanların o adamın mənə nələr etdiyini görməsini istəyirəm, amma bu şəkildə də gəzmək istəmirəm" deyərək yaşadığı qorxunc vəziyyətdən danışıb.

Faktla bağlı başlanılan araşdırma çərçivəsində 55 yaşındakı bir şübhəlinin həbs edildiyi, ancaq daha sonra sərbəst buraxıldığı, araşdırmanın isə davam etdiyi bildirilib.

Kamran

Mənbə: moderator.az