Qubada QANDONDURAN QƏTL – Əvvəlcə arvadını öldürdü, sonra isə...

Qubada QANDONDURAN QƏTL –

Qubada həyat yoldaşlığının sağlamlığına ağır xəsarət yetirən şəxs intihar edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aprelin 26-dan 27-ə keçən gecə Qubada həyat yoldaşına qəsdən zərər vuran 47 yaşlı Etibar Ağayev geyim lifi ilə özünü boğaraq həyatına qəsd edib.

Xəstəxanaya çatdırılan Etibar Ağayevə göstərilən tibbi müdaxilələrə baxmayaraq o tibb müəssisəsində keçinib.
Qeyd edək ki, Etibar Ağayev rayonun Birinci Nügədi kəndində bir müddət əvvəl ailə münaqişəsi zəminində arvadına çox saylı bıçaq xəsarətləri yetirib.

Faktı Quba rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı

Mənbə: bizim.media