Xaçmazda fərdi yaşayış evi yanır

Xaçmazda fərdi yaşayış evi yanır

Xaçmazda fərdi yaşayış evində yanğın başlayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Hacıəlibəy kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Xaçmaz Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının elektrik enerjisinin qəflətən azalıb çoxalması səbəbindən baş verdiyi bildirilib.

Mənbə: report.az