Türkiyədə dəhşətli qəza - Mikroavtobus aşdı, 10 nəfər həyatını itirdi

Türkiyədə dəhşətli qəza - Mikroavtobus aşdı, 10 nəfər həyatını itirdi

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yerli mətbuatın yazdığına görə, hadisə Bitlis əyalətinin Hizan rayonunda qeydə alınıb. Kəndlərarası marşrut üzrə hərəkət edən mikroavtobusun aşması nəticəsində 10 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

ATV.az

Mənbə: www.atv.az