"Memar Əcəmi" stansiyasında 65 yaşlı sərnişin ölüb

"Memar Əcəmi" stansiyasında 65 yaşlı sərnişin ölüb

"Memar Əcəmi" stansiyasının keçidində təqribən 65 yaşında bir xanım epilepsiya tutmasından ölüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə yerinə çağırılan təcili yardım xidməti ölüm faktını təsdiq edib.

Mənbə: apa.az