Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var -

Göyçayda “VAZ 2107” markalı avtomaşının sürücüsü 21 yaşlı Nəbizadə Nəbi Səhrab oğlu həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan bir nəfər 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.










Mənbə: bizim.media