Quba yolunda qəza: Sürücünün dodağı qopdu - VİDEO (18+)

Quba yolunda qəza: Sürücünün dodağı qopdu - VİDEO (18+)

Bakı-Quba yolunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Qubadan Bakıya pomidor və bibər gətirən "Ford" markalı yük maşını beton maneyə çırpılıb.

Nəticədə avtomobildə olan 3 nəfər - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az