Narkotik satan şəxs tutuldu - Novxanıda əməliyyat keçirilib - FOTOLAR

Narkotik satan şəxs tutuldu - Novxanıda əməliyyat keçirilib - FOTOLAR

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirib.

ATV.az xəbər verir ki, Abşeron rayonu Novxanı qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub. Onun yaşadığı evdən xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqramdan artıq olan qurudulmuş marixuana, 34 bükümdə satış üçün hazır qablaşdırılan 2 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

ATV.az

Mənbə: www.atv.az