Yaponiyada avtobusla yük maşını toqquşub, 9 nəfər xəsarət alıb

Yaponiyada avtobusla yük maşını toqquşub, 9 nəfər xəsarət alıb

Yaponiyanın Yokohama şəhərində məktəbliləri daşıyan tur avtobusu və yük maşını toqquşub, 9 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Toqquşma yol ayrıcında baş verib. Yük maşınının sürücüsü ağır yaralanıb, tur avtobusunda olan 7 yeniyetmə və yük maşınında olan sərnişin xəsarət alıb. Onların hamısı xəstəxanaya göndərilib. Polis qəzanın səbəblərini araşdırır.

Mənbə: report.az