Xaçmazda sahibi məlum olmayan avtomobil yanıb

Xaçmazda sahibi məlum olmayan avtomobil yanıb

Xaçmazda təmir sexinin qarşısında maşın yanıb.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Qaraqurdlu kəndində baş verib.

İki il əvvəl təmir üçün gətirilən və sahibi məlum olmayan "VAZ 2109" markalı maşın alışaraq yanıb. Hadisə yerinə FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

Mənbə: apa.az