İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi

İraqın şimalında 5 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə əməliyyatlarının qətiyyətlə davam edəcəyi vurğulanıb.

"Terror təşkilatı PKK-ya qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib".

Elnur

Mənbə: www.bakupost.az