Ağstafada ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Ağstafada ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-21099" markalı minik maşını ağaca çırpılıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az