Bakıda 12 yaşlı piyadanı avtomobil vurub

Bakıda 12 yaşlı piyadanı avtomobil vurub

Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Cəfərzadə E.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az