Qazaxda 20 yaşlı qız 15 gündür itkindir

Qazaxda 20 yaşlı qız 15 gündür itkindir

Qazaxda 20 yaşlı qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, qızı 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib.

O, naməlum istiqamətdə gedərək itkin düşüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma və axtarış işi həyata keçirilir.

Mənbə: qafqazinfo.az