“BMW” “moyka”ya çırpıldı - Sərnişin öldü

“BMW” “moyka”ya çırpıldı - Sərnişin öldü

Şəmkirdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sənan Quliyevin idarə etdiyi “BMW 528” markalı avtomobil Kür qəsəbəsinin Sabir Hacıyev küçəsində idarəetmədən çıxıb.

Nəticədə maşın avtoyuma məntəqəsinə çırpılıb.

Hadisə vaxtı avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Kirov Aslan Baris oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.

Mənbə: qafqazinfo.az