Küçədən insan dərisi tapıldı - VİDEO

Küçədən insan dərisi tapıldı -

Türkiyənin İzmir şəhərində küçələrdən birində insan piyi və dəri parçaları tapılıb.

İnsan qalıqlarını görənlər dərhal polisə xəbər verib.

Polis hadisə yerini mühasirəyə alaraq araşdırma aparıb. Dövlət ittihamçısının göstərişinə əsasən tapılan parçalar ekspertiza üçün məhkəmə tibbi ekspertizaya göndərilib. İstintaqla müəyyən edilib ki, sözügedən qalıqlar yaxınlıqdakı estetik mərkəzdə aparılan qarın gərmə əməliyyatından sonra həmin əraziyə atılıb.

İzmir polisi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: publika.az