Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO

Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO

“Bakıda, Yusif Məmmədəliyev küçəsində sürücülər avtomobillərini ikinci hərəkət zolağında park edirlər”.

Oxu. Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, sürücülər “AzParking” xidmətinə pul ödəməmək üçün bu üsula əl atırlar.

"Bilirlər ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qurum olaraq buna görə cərimə yazmaq səlahiyyətinə malik deyil. Ödənişli parklanmanın tətbiqini bir qurum, dayanma-durma qaydalarına nəzarəti başqa qurum həyata keçirdiyi üçün də parklanmanın idarə edilməsi işləmir” – deyə şikayətçi yazır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mövcud qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitələrinin yolun hərəkətsiz hissəsinin ikinci zolağında dayanması və durması yolverilməzdir və öz növbəsində inzibati məsuliyyət yaradır.

“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər tərəfindən yol verilən bu cür qayda pozuntusu yolun buraxıcılıq qabiliyyətinin azalmasına, eləcə də sıxlıqların yaranmasına səbəb olur. Qeyd olunan qayda pozuntuları aşkar olunduğu təqdirdə isə həmin nəqliyyat vasitəsini idarə edən sürücülər barəsində qanunamüvafiq tədbirlər görülür. Bu cür halların yaranmaması üçün sürücüləri qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq", - deyə T. Nəsirli vurğulayıb.

Fotoları təqdim edirik:

Əzizə İsmayılova

Mənbə: oxu.az