Moskvada yolun ortasında rəqs edən bir qrup həmyerlimiz belə saxlanıldı - VİDEO

Moskvada yolun ortasında rəqs edən bir qrup həmyerlimiz belə saxlanıldı -

Ötən gün Rusiyada bir qrup həmyerlimiz polis tərəfindən saxlanılıb.

Bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Bildirilib ki, onlar bir neçə gün əvvəl Moskvada maşınları yolun ortasında saxlayıb rəqs ediblər. Bununla da gənclər yol hərəkəti qaydalarını və ictimai asayişi pozmaqda ittiham ediliblər.

Saxlanılan 5 nəfər azərbaycanlı ümumilikdə 90 min rubl cərimə olunmaqla, hər birinə 15 sutka həbs cəzası verilib.

Sözügedən hər iki görüntünü təqdim edirik:

Mənbə: qafqazinfo.az