Marselonun oğlu “Real”la müqavilə imzaladı

Marselonun oğlu “Real”la müqavilə imzaladı

“Real”ın və Braziliya millisinin əfsanəvi futbolçusu Marselonun oğlu Entso Alveş atasının sabiq klubu ilə müqavilə imzalayıb.

Bu barədə Marselo özü instaqram hesabında paylaşım edib.

O, oğlunu təbrik edərək bu sözləri yazıb: “Oğlumu daha bir məqsədə nail olması münasibətilə təbrik edirəm! Sevinc, iş və məsuliyyət”.

Qeyd edək ki, Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib.

Mənbə: qafqazinfo.az