Səhv köçürülmüş pulları necə geri qaytarmaq olar? - Açıqlama

Səhv köçürülmüş pulları necə geri qaytarmaq olar? - Açıqlama

"Bu gün ölkədə əsas problemlərdən biri də bank kartlarından səhvən pul köçürmələridir. Belə hal baş verdikdə çox zaman pul köçürən şəxs vəsaitini geri qaytarmaqda çətinliklərlə üzləşir. Müəyyən şəxslər var ki, hesabına vəsait gələrsə, müxtəlif yollar ilə bu pulu qaytarmaqdan boyun qaçırırlar. Bu hallarla bağlı qanunvericilikdə müəyyənləşən hallar mövcud deyil. Həmin pul alanın da məlumatlarını bank təqdim etmir. Hesab edirəm ki, bu hallar qanunsuz varlanma kimi qiymətləmdirilməli və bununla bağlı qanunlarda dəyişikliklər edilməlidir”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

O bildirib ki, beynəlxalq təcrübəyə görə, belə hallarda səhv ödəniş edənin müraciəti əsasında vəsait 24 saat ərzində ya geri, ya da bank depozitinə qaytarılır.

"Bizdə isə banklar bununla bağlı əhəmiyyətli yardım və dəstək göstərə bilmirlər. Düzdür, burda bəzi sui-istifadələr də yer ala bilər. Bununla bağlı ciddi araşdırmalara ehtiyac var”.

Mənbə: www.bakupost.az