Kremlin ərazisi ziyarətçilər üçün müvəqqəti bağlanır

Kremlin ərazisi ziyarətçilər üçün müvəqqəti bağlanır

Mayın 5-dən 9-na qədər Moskva Kremlinin ərazisi ziyarətçilər üçün bağlı olacaq.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Mühafizə Xidməti yayıb.

Buna səbəb qeyd olunan dövrlərdə ərazidə dövlət tədbirlərinə hazırlıq və bu tədbirlərin keçirilməsidir.

Mənbə: qafqazinfo.az