Yasamalda 21 yaşlı gənci avtomobil vurub

Yasamalda 21 yaşlı gənci avtomobil vurub

Bakının Yasamal rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

2003-cü il təvəllüdlü Alıyev İqbal Baba oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news.milli.az