Türkiyədə PUA pilotlarının sayı 1,5 milyona çatdı

Türkiyədə PUA pilotlarının sayı 1,5 milyona çatdı

Türkiyədə qeydiyyatdan keçmiş PUA pilotlarının sayı 1 milyon 477 minə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) 2023-cü il üzrə fəaliyyət fesabatında qeyd edilib.

Məlumata görə, ölkədə PUA-ların sayı əvvəlki ilə nisbətən 14,3 faiz artaraq, 63 mindən 72 minə yüksəlib. Qeydiyyata alınan PUA pilotlarının sayı 6 faiz artıb.

Mənbə: publika.az