Xaçmazın Xudat şəhərində məktəbli xəstəlikdən dünyasını dəyişib.
Bu barədə fakt yerli bürosuna Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsindən təsdiqlənib.
Məlumata görə, N.Nərimanov adına Xudat şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Hafiz Qabil oğlu Qubatov vəfat edib.
Onun hansı xəstəlikdən öldüyü açıqlanmır.
Aytəkin Alxaslı
Mənbə: bizim.media