Qazaxıstanda ekstremizmdə şübhəli bilinən 3 nəfər saxlanıldı

Qazaxıstanda ekstremizmdə şübhəli bilinən 3 nəfər saxlanıldı

Qazaxıstanda ekstremist fəaliyyətdə şübhəli bilinən üç ölkə vətəndaşı saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mayın 2-3-də Astana və Pavlodar şəhərlərində əməliyyat keçirilib.

Saxlanılanlar terrorizmi təbliğ etməkdə və ölkə ərazisində qadağan olunmuş dini ekstremist təşkilatın fəaliyyətində iştirakda şübhəli bilinirlər.

Axtarışlar zamanı şübhəlilərdən dini ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Mənbə: publika.az