Gürcülər Pasxanı qeyd edir - FOTOLAR

Gürcülər Pasxanı qeyd edir -

Gürcüstanın paytaxtı Tbilisidə xristianların ənənəvi bayramlarından biri olan Pasxa qeyd olunur.

Gürcülər və şəhərin qonaqları əsas kilsə olan Sameba məbədində bayramı qeyd edirlər.

Qeyd edək ki, Pasxa İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır.

Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Telli Minbir











Mənbə: qafqazinfo.az