Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı - DETALLAR/VİDEO

Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı -

Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.

Məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçsy kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirdik.

Direktor əvəzi həmin məktəblinim 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.

O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.

Onlar ailə həyatı qurmayıblar.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.

Mənbə: bizim.media