Qubad İbadoğluna elektron qandal taxıldı - hərəkəti nəzarətə götürüldü

Qubad İbadoğluna elektron qandal taxıldı - hərəkəti nəzarətə götürüldü

Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Qubad İbadoğlunun bağ evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər (TURAN İA).

Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaq üçündür.

Musavat.com xatırladır ki, 9 aylıq həbsdən sonra məhkəmə səhhətini nəzərə alaraq, Q. İbadoğlu barədə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz etmişdi.

Daha sonra isə onun dustaqlığını davam etdirəcəyi məkan olaraq Novxanının bağ massivindəki evi seçilib. Bu qərar İbadoğlunun özünün müraciəti əsasında verilib. Elektron qolbağ (qandal) da ərazi aidiyyatı səbəbindən (onun bağ evi Sumqayıt şəhərinə 8 km məsafədədir) Sumqayıt polisi tərəfindən taxılıb.

İbadoğlunun qardaşı Qalib Toğrul bu prosedura etiraz edən açıqlama yayıb.

Musavat.com

Mənbə: musavat.com