Türkiyədə yanğın: 15 avtobus külə döndü - Fotolar

Türkiyədə yanğın: 15 avtobus külə döndü - Fotolar

Türkiyənin Kocaeli şəhərinin Kartepe rayonunda avtobusların servis dayanacağında yanğın baş verib.

Oxu.az-a istinadən xəbər verilir ki, təxminən bir saat davam edən yanğında 15 avtobus tamamilə yanaraq kül olub.

Gecə saatlarında naməlum səbəbdən avtobuslardan birində başlayan yanğın sürətlə digər nəqliyyat vasitələrinə sıçrayıb.

Hadisənin səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Mənbə: yenisabah.az