Qazaxıstan-Qırğızıstan sərhədində zəlzələ oldu

Qazaxıstan-Qırğızıstan sərhədində zəlzələ oldu

Qazaxıstan və Qırğızıstan sərhədində 5,7 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın seysmoloji müşahidələr və araşdırmalar üzrə Milli Elmi Mərkəzi yayıb.

Zəlzələnin episentri Almatı şəhərindən 194 kilometr cənub-şərqdə yerləşib.

Dağıntı və tələfatla bağlı rəsmi məlumat daxil olmayıb.

Mənbə: qafqazinfo.az