Ukraynadan Belqoroda dron hücumu: 6 ölü

Ukraynadan Belqoroda dron hücumu: 6 ölü

Ukrayna qüvvələri Rusiya ilə sərhəddə yerləşən Belqorod vilayətinə hücum edib.

Rusiyanın Ukrayna ilə sərhədindəki Belqorod bölgəsində 2 mikroavtobus və işçiləri daşıyan avtomobilə pilotsuz təyyarə ilə edilən hücumda 6 nəfər həyatını itirib, 2-si uşaq olmaqla 35 nəfər yaralanıb.

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgədə əməliyyat xidmətlərinin davam etdiyini bildirib.

Qladkov həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Elnur

Mənbə: www.bakupost.az