Bakıda qadını döyərək evini soyan dəstə üzvləri apelyasiya şikayəti verib

Bakıda qadını döyərək evini soyan dəstə üzvləri apelyasiya şikayəti verib

Bakıda qadını döyərək evini soyan dəstə üzvləri Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənov barələrindəki hökmdən apelyasiya şikayəti veribər.

"Report"un xəbərinə görə, apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun icraatındadır.

İş üzrə ilkin baxış iclası sentyabrın 18-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Binəqədi rayonunda baş verib. Belə ki, dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə, 11 min 376 manatlıq oğurluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə təqsirli biliniblər.

Mənbə: report.az